"Qarabağ ərazisində məhv etmə siyasəti həyata keçirilib" - Komitə sədri

   "Qarabağ ərazisində məhv etmə siyasəti həyata keçirilib" -    Komitə sədri
  24 Noyabr 2021    Oxunub:1046
"Azərbaycan ərazisində yaşı minillərlə hesablananan yüzlərlə abidə mövcuddur və bunlar müxtəlif mədəniyyətləri, dinləri təmsil edir, tarixin önəmli daşıyıcılarıdır".
AzVision.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib. O bildirib ki, onların hər birinə dövlət səviyyəsində diqqət göstərilir, bərpa edilir:

"Abidələrin qorunmasının ən yaxşı yolu onun istifadəsidir. Lakin qonşu dövlətin işğalçılıq siyasəti nəticəsində mədəni abidələrə qarşı faşizm siyasəti yürüdülüb. Bu tək Azərbaycan xalqına deyil, ümumbəşəri dəyərlərə qarşı atılan addımdır. Bütün Qarabağ ərazisində məhv etmə siyasəti həyata keçirilib. Əfsuslar olsun ki, bu gün onun siyasi nəticələri ilə üz-üzəyik".

Komitə sədri qeyd edib ki, növbəti illərdə Qarabağda yeni mədəniyyət formalaşmasından danışacağıq.

"Bir il ərzində çox işlər görüldü. Lakin bu, görüləcək işlərin kiçik bir hissəsidir. Yüzlərlə yaşayış məntəqəsi məhv edilib. Biz həmin şəhərləri sıfırdan tikərək canlandıracağıq. Aparılan layihələndirmə işləri zamanı məqsəd tarixi- mədəni irsi mümkün qədər bərpa etməkdir. Çünki orada salamat abidə ya qalmayıb, ya tamamilə məhv edilib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti