Ermənistan Zəngəzur koridoru ilə gedən Azərbaycan yüklərini yoxlamayacaq, rüsum verilməyəcək

   Ermənistan Zəngəzur koridoru ilə gedən Azərbaycan yüklərini yoxlamayacaq, rüsum verilməyəcək
  07 Dekabr 2021    Oxunub:664
“Zəngəzur koridorunun açılması regionda yerləşən bütün ölkələrə, onların nəqliyyat siyasətinə və ümumilikdə regionun nəqliyyat arxitekturasına əsaslı şəkildə təsir edəcək. Bu koridorun açılması ilə Ermənistan tərəfi yüklərimizi yoxlamayacaq və rüsumlardan azad olacağıq. Koridorun açılması vaxta qənaətə və yüklərin daha sürətli daşınmasına səbəb olacaq. Məsafə qısaldıqca, paralel olaraq yanacaq sərfiyyatı da azalır”.
Bunu AzVision.az -a açıqlamasında Bakı Limanının Strateji Planlama və İnkişaf departamentinin müdiri Xudayar Həsənli deyib. Xudayar Həsənli qeyd edib ki, Zəngəzur koridorunun açılması Azərbaycan tırlarının Türkiyə ilə dövriyyəsinə böyük təkan verəcək:



“Türkiyənin Orta Asiya ilə 120 minlik tır dövriyyəsini 40 və ya 50 faizə çatdırmaq əsas hədəf olmalıdır. Yəni həmin dəhlizləri biz sıfırlaya bilmərik. Amma ölkəmizə cəlb etməklə tır dövrüyyəsinin sayını artıra bilərik. Belə olan halda digər ölkələr də rəqabət aparacaq”.

Şəhanə Rəhimova
AzVision.az

Teqlər: TIR   Koridor  







Xəbər lenti