Fəxri adlara görə verilən təqaüd artırıldı

   Fəxri adlara görə verilən təqaüd artırıldı
  20 Dekabr 2021    Oxunub:1025
Prezident İlham Əliyev “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği 150 manatdan 180-ə və 100 manatdan 120-yə çatdırılıb.

Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

AzVision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti