"Azərbaycanda qəhvə bazarı inkişaf edir" - Səfir

"Azərbaycanda qəhvə bazarı inkişaf edir" -  Səfir
  24 Dekabr 2021    Oxunub:1015
Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimaté Kardenas bu yaxınlarda Kolumbiya qəhvəsinin idxalı, qovurması və satışı ilə məşğul olan bir neçə şirkəti ziyarət edib.
AzVision.az -a səfirlikdən verilən məlumata görə, məqsəd Kolumbiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələri inkişaf etdirmək olub.

Şirkətlərin rəhbərləri ilə söhbət zamanı Azərbaycanın qəhvə bazarının vəziyyəti və bu ölkəyə Kolumbiya qəhvəsinin idxalı perspektivləri ilə bağlı qiymətləndirmə aparılıb.

"Sevindirici haldır ki, pandemiyaya baxmayaraq, Azərbaycanda qəhvə bazarı və mədəniyyəti inkişaf etməkdə davam edir ki, bu da dünyada ən yaxşı yumşaq qəhvə kimi tanınan Kolumbiya qəhvə dənələrinin idxalının daha da inkişafına şərait yaradır.
Kolumbiya ilk növbədə qəhvə ölkəsidir. Kolumbiya kofesi 20-ci əsrin böyük bir hissəsində ölkən iqtisadiyyatının əsasını təşkil edən və mədəniyyətini, xalqının əməkdaşlıq və dəstək ruhunu vurğulayan məhsuldur", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, Kolumbiya dünyanın ən yaxşı yumşaq qəhvəsini - mükəmməl arabikanı istehsal edir: " Aydın turşu, meyvə, limon və şokoladlı notlarla yumşaq və tarazlaşdırılmış dada malik yüksək keyfiyyətli qəhvə".

Kolumbiya qəhvə istehsalına görə dünyada üçüncü yerdədir. 2020-ci ildə Kolumbiya 2,5 milyard dollar dəyərində qəhvə ixrac edib. 2007-ci ildə Kolumbiya qəhvəsi qorunan məhsul statusu almışdır və 2011-ci ildə YUNESKO Kolumbiya qəhvəsinin ənənəvi olaraq yetişdirildiyi Kofe Zonasını Ümumdünya İrsi Saytı elan edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Azərbaycan   Kolumbiya  





Xəbər lenti