Qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub

Qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub
  09 Yanvar 2022    Oxunub:825
Daşkəsəndə qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan AzVision.az - a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qabaqtəpə kənd sakini Amil Məmmədovdan 1 ədəd “TOZ-16” markalı, qoşa lüləli ov tüfəngi aşkar edərək götürüb.

Hazırda faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti