Qarabağda erməni qadını maşında yandıraraq qətlə yetirib

   Qarabağda erməni qadını  maşında yandıraraq qətlə yetirib
  26 Aprel 2022    Oxunub:1008
Azərbaycanın Qarabağ bölgəsində dəhşətli qətl hadisəsi baş verib. AzVision.az xəbər verir ki, aprelin 26-da saat 14:55-də Xankəndi avtomobil yolunun “Cənubi Yal” adlanan ərazisində minik avtomobili yanması barədə məlumat yayılıb.
Ermənistan vətəndaşı Xankəndi qəbiristanlığında 151 çələng oğurladı
Yanğın lokallaşdırılıb, əraziyə baxış keçirilərkən qətl izləri aşkarlanıb. Müəyyən edilib ki, 14:45 radələrində 61 yaşlı Xocavənd sakini “Mercedes-Benz” markalı avtomobili qətl törətmək məqsədilə yandırıb. Hadisə nəticəsində maşında olan 1968-ci il təvəllüdlü qadın G.E. diri-diri yanaraq külə dönüb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Qətl  





Xəbər lenti