Qazaxıstanda ağır yol qəzaaında 8 nəfər öldü

Qazaxıstanda ağır yol qəzaaında 8 nəfər öldü
  16 İyul 2022    Oxunub:1232
Qazaxıstanın Karaqanda vilayətində mikroavtobusla yük maşınının toqquşması nəticəsində 8 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hadisə ötən gecə Şetski rayonunda baş verib. Almatı-Yekaterinburq avtomobil yolunda "Man" markalı yük avtomobili salonunda 17 nəfərin olduğu "Mercedes Sprinter" markalı sərnişin mikroavtobusu ilə toqquşub. Mikroavtobus Almatıdan Qaraqandaya gedirmiş.

Hadisə nəticəsində 7 nəfər yerindəcə, digər sərnişin isə təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Doqquz nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Polisin məlumatına görə, mikroavtobusun sürücüsü sükan arxasında yuxulayıb.


AzVision.az



Teqlər:





Xəbər lenti