İraq gündəlik neft ixracını artıracaq

   İraq gündəlik neft ixracını artıracaq
  28 İyul 2022    Oxunub:1397
İraq gündəlik neft ixracını 2 milyon barel artırmağa hazırlaşır.
Bu açıqlama ilə İraqın “Somo” dövlət neft şirkətinin marketinq araşdırmaları departamentinin direktoru Məhəmməd Sadun çıxış edib. O əlavə edib ki, hazırda Səudiyyə Ərəbistanı ilə ixrac gücü sutkada 1 milyon 200 min barel olacaq neft kəmərinin yenidən işə salınması üçün danışıqlar aparılır.

Sadun qeyd edib ki, bu ilin iyun ayında İraq gündəlik 3 milyon 400 min barel neft ixrac edib, ölkənin qeyd olunan dövr üçün gəliri 11 milyard 350 min dollar olub.


AzVision.az



Teqlər:





Xəbər lenti