Şəhid Təbriz Rəhimov son mənzilə yola salındı - FOTOLAR

   Şəhid Təbriz Rəhimov son mənzilə yola salındı -    FOTOLAR
  14 Sentyabr 2022    Oxunub:873
Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Rəhimov Təbriz Rəhim oğlu Yevlax rayonunun Gülövşə kəndində torpağa tapşırılıb.
AzVision.az xəbər verir ki, vida mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclis sədrinin I müavini, Milli Məclisin deputatı Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi, general-mayor Aqil Babayev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər. Təbriz Rəhimovun nəşi kənd qəbiristanlığında yaylım atəş sədaları altında dəfn olunub.







AzVision.az





Teqlər:





Xəbər lenti