Rusiyada hərbi komissarlığı yandıran dənizçi saxlanılıb

Rusiyada hərbi komissarlığı yandıran   dənizçi saxlanılıb
  07 Avqust 2023    Oxunub:2063
Rusiyada dənizçi hərbi komissarlığı yandırmağa cəhd etdiyi üçün saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb.
“Naməlum şəxs avqustun 1-də Naxodkanın Pavlov küçəsində yerləşən hərbi komissarlığın binasına iki ədəd “Molotov kokteyli” atıb. Biri yan keçsə də, ikincisi birinci mərtəbədəki şüşəni sındıraraq içəri düşüb. Amma "kokteyl" alovlanmayıb", - məlumatda deyilir.

Nijni Novqorodda hərbi komissarlıq, Tolyattidə isə adminstrasiya yandırılıb
Uğursuz yanğına cəhd edən şəxs polis tərəfindən saxlanılıb. O, dərhal günahını etiraf edib. Məlum olub ki. onun adı Eduard O.-dur və cinayətkar "Port Fleet" şirkətində çalışırmış.

Xatırladaq ki, bir neçə gün öncə Volqoqradda hərbi komissarlığı yandırmağa cəhd edən təqaüdçü qadın saxlanılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Hərbi-Komissarlıq   Rusiya  





Xəbər lenti