Başkin İrəvanı Rusiya ilə münasibətləri pozmaqda ittiham etdi

 Başkin İrəvanı Rusiya ilə münasibətləri pozmaqda ittiham etdi
  15 Sentyabr 2023    Oxunub:690
Rusiya və erməni xalqları iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirir. Hər iki xalq Qərbin cəhdlərinə baxmayaraq bu münasibətlərin korlanmasına imkan verməyəcək.
AzVision.az xəbər verir ki, bunu Rusiya mediasına senator Aleksandr Başkin deyib.

İrəvandan sensasiyalı iddia: "Ermənistana 12 min vaqnerçi gəlib, çevriliş olacaq"
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bəyanatları erməni xalqının Rusiya haqqında düşüncə və hisslərinə, eləcə də iki ölkə arasında olan münasibətlərə aidiyyəti yoxdur: "İrəvan rəhbərliyinin hərəkətləri Ermənistan və Rusiya arasında münasibətlərin həqiqi və ənənəvi səviyyəsini əks etdirmir".

Onun sözlərinə görə, erməni siyasətçilərin bəyanatlarının bəziləri “dövlətlərimiz arasında olan münasibətləri çətinləşdirmək cəhdidir”. "Bununla belə, bu cəhdlər nəticə verməyəcə", - o qeyd edib.

Xatırladaq ki, sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” nəşrinə müsahibə vermişdi. O, Rusiyanın regiondakı rolu ilə bağlı bir sıra tənqidi bəyanatlar səsləndirdi. Bundan sonra iki ölkə arasında soyuq münasibətlər yaranıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti