Limanı olmayan Ermənistan Dehlini "quru limana" cəlb edir

 Limanı olmayan Ermənistan  Dehlini "quru limana" cəlb edir
  20 Oktyabr 2023    Oxunub:2026
Ermənistan Hindistanı daha bir iqtisadi layihəyə cəlb etmək istəyir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hindistan Ermənistana raket ixracına başladı - FOTOLAR
Qeyd edilir ki, İqtisadiyyat nazirinin müavini Narek Teryanla İrəvanın İrandakı ticarət attaşesi Vardan Kostanyan Hindistanın Liman infrastrukturu, gəmiçilik və daxili su yollarının inkişafı üzrə dövlət naziri Şantanu Thakur ilə görüşüb. Görüşdə Gümrüdə həyata keçirilməsi planlaşdırılan “quru liman” layihəsinə Hindistanın da cəlb edilməsi müzakirə edilib.

Bundan əlavə, tərəflər logistika məsələlərini, eləcə də ticarət dövriyyəsinin artırılması imkanlarını araşdırıblar.

Xatırladaq ki, İrəvan “quru liman” layihəsi üçün beynəlxalq məsləhətçi dəvət edib. Məsləhətçinin ilkin qiymətləndirməsinə görə, layihəyə 70-90 milyon dollar investisiya, tikintiyə isə 12 aya qədər vaxt tələb olunacaq. Hazırda Ermənistan beynəlxalq marağın az olduğu bu layihəyə aktiv şəkildə investorlar axtarır.

Bununla paralel olaraq Ermənistan İran və Hindistanı birləşdirəcək beynəlxalq yük daşımaları üçün multimodal yüksəksürətli marşrutun yaradılmasına çalışır.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Hindistan arasında hərbi-siyasi, eləcə də iqtisadi əlaqələr xeyli dərinləşib. Dehli hətta İrəvanı aktiv şəkildə silahlandırmağa da başlayıb. Rəsmi Bakı isə Hindistanı bu addımına görə qınayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Hindistan   Ermənistan   Liman  





Xəbər lenti