HƏMAS-ı necə məğlub etməli? - “The New York Times”-dan İsrailə məsləhət

  HƏMAS-ı necə məğlub etməli? -  “The New York Times”-dan İsrailə məsləhət
  26 Oktyabr 2023    Oxunub:1242
“The New York Times”ın köşə yazarı Tomas Fridman Yaxın Şərq böhranı ilə bağlı diqqət çəkən məqalə dərc edib. O, qeyd edib ki, İsrail hazırda altı cəbhədə müharibə aparır.
Ağır siyasi və hərbi sınaqlarla üz-üzə qalan İsrail rəsmiləri Təl-Əvivin müttəfiqlərinin dəstəyi olmadan bu müharibədə qalib gələ bilməzlər.

HƏMAS-ın hücumu Zelenskiyə münasibəti dəyişdi - “Forsal”
Fridman İsrail hökumətinin hazırkı əleyhdarlarından yazarkən qeyd edib ki, "Onlar qeyri-hökumət təşkilatları, sosial şəbəkələr, ideoloji hərəkatlar, İordan çayının qərb sahili icmaları və İsrail siyasi qüvvələri ilə mübarizə aparırlar".

O, həmçinin HƏMAS hərəkatının, Livandakı Hizbullahın, eləcə də Suriya, İraq, Yəməndəki iranyönlü qrupların və rəsmi Tehranın da adını çəkib.

Məqalə müəllifinin fikrincə, İsrailin qələbəsi bir halda mümkün olacaq ki, o, ABŞ-la yəhudi tərəfinə dəstək olacaq qlobal ittifaq yarada bilsin. Bununla belə, nəşr yazıb ki, İsrailin son onilliklərdə həyata keçirdiyi aktiv məskunlaşma siyasəti onun belə bir ittifaq yaratmasını çətinləşdirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Qeyd edək ki, bu gün İsrailin Rusiyadakı səfir Aleksandr Ben Zvi Qəzza zolağında quru əməliyyatının gözlənilmədən başlayacağını deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   HƏMAS  





Xəbər lenti