ABŞ Ukraynada gözlənilməz addımlara hazırlaşır? |
“HƏMAS-ın hücumları Kiyevə olan yardımlara birbaşa təsir edir. ABŞ ordusunun anbarlarında saxlanılan və əvvəllər Ukrayna üçün nəzərdə tutulmuş 155 mm kalibrlik döyüş sursatlarının əksəriyyəti İsrailə veriləcək”, - nəşr yazır.
“Zelenski etiraf etməlidir ki, o indi rəqabətdədir. Artıq metro stansiyalarında keçirilən mətbuat konfranslarının zamanı getdi. Nə qədər qəddar səslənsə də, Qəzzadan gələn fotolar Ukraynadan gələn xəbərlərdən daha təsir edicidir. Bayden Zelenskiyə köməyini davam etdirmək istəyir. Lakin Konqresdəki respublikaçıların əhəmiyyətli bir hissəsinin istədiyi bu deyil. Baydenin Ukraynanın yardımlara ehtiyac olması barədə isti sözlərinə baxmayaraq, amerikalılar üçün əsas problem İsrailin bir neçə cəbhədə müharibəyə başlamasının qarşısını almaq, HƏMAS ilə toqquşmanın Livan, Suriya İran və digər ərazilərə yayılmasına qarşısını almaq olacaq”, - polşalı jurnalist yazıb.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.
HƏMAS-ın İsrailə hücumundan sonra ABŞ-ın Təl-Əvivə olan hərbi yardımlarını xeyli artırıb.
Tural Tağıyev
AzVision.az