"Mahaçqaladakı iğtişaşlar Kiyevdən idarə olunub" - Dağıstan rəhbəri

 "Mahaçqaladakı iğtişaşlar Kiyevdən idarə olunub" -    Dağıstan rəhbəri
  30 Oktyabr 2023    Oxunub:1433
"Mahaçqala hava limanında iğtişaşlar Ukrayna ərazisindən "idarə olunub".
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Melikov mətbuata açıqlamasında deyib.

Hava limanındakı insidentlə bağlı 60 nəfər saxlanılıb, 9 polis yaralanıb
O qeyd edib ki, "bu aksiyanın təşəbbüskarları, əlbəttə, bizim düşmənlərimizdir. Yəni, Ukrayna".

Onun sözlərinə görə, Dağıstanda sabitliyi pozmaq cəhdləri daxildən qaynaqlanmır.

“Bu gün biz tamamilə etibarlı məlumat aldıq ki, “Dağıstanın səhəri” kanalı Ukrayna ərazisindən tənzimlənir”, - Məlikov vurğulayıb.

Dağıstan rəhbəri onu da qeyd edib ki, “dünənki aksiya bu gün xüsusi hərbi əməliyyat zonasında ölkəmizi müdafiə edən hərbçilərimizin kürəyinə sancılan bıçaq oldu”.

- Belə çıxır ki, hərbçilər bizim düşmənimizlə vuruşurlar və dünənki qondarma etiraz aksiyasına çıxanlar isə düşmənin əlinə oynayırmış, - Dağıstan rəhbəri gileylənib.

Xatırladaq ki, bazar günü axşam Təl-Əvivdən gələn təyyarə Mahaçqala hava limanına enərkən, ərazidə etiraz aksiyası keçirilib. Yüzlərlə etirazçı Fələstin-İsrail münaqişəsinə qarşı çıxdıqlarını deyiblər.

Etirazçılardan bəziləri məlum reyslə gələn sərnişinləri araşdırmaq üçün hətta hava limanının beynəlxalq terminalına da daxil olublar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Dağıstan  





Xəbər lenti