Səfilyan çevrilişə cəhdlə bağlı MTX-ya çağırıldı

Səfilyan çevrilişə cəhdlə bağlı MTX-ya çağırıldı
  06 Noyabr 2023    Oxunub:1011
Ermənistanın "Milli Demokratik Qütb" hərəkatı Şurasının üzvü Jirayr Səfilyan Milli Təhlükəsizlik Xidmətinə (MTX) çağırılıb.
AzVision.az xəbər verir ki, bu barədə sözügedən siyasi birliyin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Sefilyan noyabrın 2-də ölkədə terror aktının hazırlanması, çevrilişə cəhdlə bağlı açılan cinayət işi çərçivəsində istintaqa çağırılıb.

İrəvanda dövlət çevrilişinə hazırlaşan dəstə yaxalanıb - VİDEO
Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın Milli Təhlükəsizlik Xidməti hökumət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar qrupu yaxaladığını bəyan etmişdi.

Qeyd edək ki, oktyabrın 27-də Ermənistan parlamentinin spikeri Alen Simonyan Milli Assambleyada terror ehtimalı ilə bağlı diqqət çəkən fikirlər səsləndirmişdi.
O, jurnalistlərə açıqlamasında deyib ki, ölkədə 1999-cu il 27 oktyabr faciəsinin təkrarlanması təhlükəsi yaranıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti