Paşinyan KTMT-nin iclasında iştirakdan imtina etdi |
Ermənistanın 2023-cü ildə KTMT tədbirlərində məhdud iştirakına gəlincə, Sidorovun fikrincə, hər bir dövlətdə vəziyyət istənilən şəkildə inkişaf edə bilər.
"Biz burada qərarları müzakirə etmirik. Eyni zamanda, Ermənistan qanunvericilik fəaliyyətində, Təşkilatın sənədlərinə baxılmasında, daimi qurumların fəaliyyətinin maliyyələşdirilməsində iştirak edir. Proseslər davam edir", - Birləşmiş Qərargah rəisi qeyd edib.
Hətta KTMT-də təşkilatın Qafqaz regionuna marağını itirməsi və ya Ermənistandan uzaqlaşmaqla bağlı planlar barədə söhbət getmir.
Qeyd edək ki, rəsmi İrəvan Ermənistan KTMT-dən çıxmaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Amma eyni zamanda parlamentin spikeri Alen Simonyan və baş nazir Nikol Paşinyan bir neçə dəfə “ola bilsin ki, KTMT Ermənistanı tərk etsin” fikrini dolayısı ilə təkrarlayıblar.
Bir müddət öncə isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqton və Brüsselin İrəvanı KTMT-dən çıxmağa və NATO ilə əməkdaşlığı sürətləndirməyə inandırdığını demişdi.
Tural Tağıyev
AzVision.az