Ermənistanda müxalifət izlənilir: Vanetsyan sübut məktubu yaydı |
"WhatsApp" "Meta" şirkətinə məxsus Amerikanın pulsuz ani mesajlaşma xidmətidir. Tətbiq IP üzərindən səs xidmətləri də göstərir.
Xatırladaq ki, iki il öncə Ermənistanda siyasi qüvvələrin telefonlarının dinlənməsi ilə bağlı faktlar aşkarlanmışdı. Həmin vaxtı da "Hraparak" nəşri Paşinyansayağı "demokratiya"dan yazaraq bu cür izləmələri tənqid etmişdi: "Baş nazir Nikol Paşinyan daxili düşmənlərlə mübarizədə o qədər uzağa gedib ki, artıq 7 milyon dollara "Pegasus" adlı telefon dinləmə sistemini alıb. Digər ölkələrdə bu sistem xarici kəşfiyyat tərəfindən ölkənin təhlükəsizliyini təhdid edənləri dinləmək üçün istifadə olunur. Mexanizm sadədir: təyin olunan telefona adi bir reklam- sms linki göndərilir. Telefon sahibi bu linkə keçid edən kimi sistem telefonda quraşdırılır. Yeri gəlmişkən, bir adamın belə formada "tutulması" nın dəyəri 10 min dollardan çoxdur".
Məsələnin maraqlı tərəfi isə odur ki, məlum sistem bu gün gündəmə çevrilən "WhatsApp"-ı da izləyə bilirmiş. Bu isə ondan xəbər verir ki, Nikol hələ 2021-ci ildən bu tətbiqdən istifadə edən siyasətçiləri nəzarətdə saxlayıb. "Pegasus" İrəvanda MTX əməkdaşları üçün "Signal", "Telegram", "Facebook" şəbəkələrini də əlçatan edib.
Bundan başqa, 2021-ci ildə "Şərəfim var" blokunun lideri, keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın ailəsinin izlənməsi də üzə çıxmışdı.
Tural Tağıyev
AzVision.az