Kremldən Ermənistana cavab: "Təəssüf"

   Kremldən Ermənistana cavab:   "Təəssüf"
  22 Noyabr 2023    Oxunub:1322
Kreml Ermənistanın noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak etməyəcəyinə təəssüflənir və Yerevanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyinə ümid edir.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Mənim orada nə işim var?" - Simonyan da KTMT-dən küsüb


"Təəssüf ki, sabah Ermənistan bu sammitdə yüksək səviyyədə iştirak etməyəcək. Biz işçi, ekspert səviyyəsində iştiraka ümid edirik. Amma təbii ki, Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyinihesab ediirk", -Peskov bildirib.

Bir gün əvvəl məlum olmuşdu ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Minskdə KTMT çərçivəsində keçiriləcək görüşlərdə iştirak etməyəcək.

Qeyd edək ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlayıb.

Daha sonra Paşinyan ölkə parlamentində bəyan edib ki, KTMT öhdəliklərinə zidd olaraq Ermənistanın təhlükəsizliyinə "təhdidlərə" lazımi cavab verməyib. Ermənistan cəmiyyəti ölkə rəhbərliyinin hər dəfə bu tədbirlərdə iştirak edib, təhlükəsizlik problemlərini qaldırıb və daha sonra nəticəsiz geri qayıtmasına etiraz edir.

Ermənistanın Xarici İşlər və Müdafiə nazirləri KTMT-nin qarşıdakı tədbirlərində iştirak etmək niyyətində deyillər.

Həmçinin oxu
Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər göndərib

"İrəvanla Bakı arasındakı danışıqların bütün variantlarını müzakirə edirik"

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti