İspaniya Fələstinin müstəqilliyini tanımağa hazırlaşır - "El Confidencial"

   İspaniya Fələstinin müstəqilliyini tanımağa hazırlaşır    - "El Confidencial"
  22 Noyabr 2023    Oxunub:973
"İspaniyanın baş naziri Pedro Sançes israilli həmkarı Benyamin Netanyahuya Madridin tezliklə Fələstinin müstəqilliyini tanımağa hazır olacağı barədə məlumat verəcək".
Bu fikirlər "El Confidencial" qəzetində dərc olunan məqalədəndir. Nəşr Sançesin İsrail dövlətinə səfərinin gedişatı barədə məlumatlı olan mənbələrinə istinad edib .

Qəzzanın “qarışqa yuvası”, yaxud “Həmas”ın yeraltı dünyasının sirləri
İspaniyanın baş nazirinin noyabrın 23-də İsrailə planlaşdırılan səfəri zamanı müvafiq bəyanatla çıxış edəcəyi gözlənilir. O, burada Belçikanın baş naziri Aleksandr de Kroo ilə birgə İsrail prezidenti İshaq Hersoq, eləcə də Fələstin lideri Mahmud Abbasla görüşəcək.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket ataraq “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisini işğal edib onlarla hərbi texnika və yüzlərlə insanı girov götürdü. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqladı.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlandı və əməliyyatlar bu günə qədər davam edir.
Dünən isə Qəzzada humanitar atəşkəs elan edildi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İspaniya   Fələstin   İsrail  





Xəbər lenti