Ukrayna çıxılmaz vəziyyətdədir - "New Yorker"

   Ukrayna çıxılmaz vəziyyətdədir    -  "New Yorker"
  23 Noyabr 2023    Oxunub:1007
"Ukrayna çıxılmaz vəziyyətdədir. Kiyevin özünü təkbaşına müdafiə etmək iqtidarında olan İsraildən fərqli olaraq, Vaşinqtonun tez bir zamanda köməyinə ehtiyacı var".
Bu fikirlər ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardinin "New Yorker" jurnalında dərc olunan müsahibəsindəndir.

Kiyevdə nələr baş verir? - Ostinin səfərinin gizlinləri
"İsraili dəstəkləmək vacibdir, lakin bu məsələ kritik həddə deyil” deyən senator qeyd edib ki, Ukraynaya vaxtında kömək etmək daha vacibdir: “İsrailin müdafiəsi məsələlərinə gəlincə, onların özlərini qorumaq imkanları var. Biz əmin olmalıyıq ki, israillilərə lazım olanı verəcəyik”.

Bundan öncə ABŞ-ın məşhur “Politico” nəşri Co Bayden administrasiyasının Nümayəndələr Palatasında Ukraynaya dəstək paketinin müzakirəsi və səsvermənin gecikdirilməsi ilə bağlı narahatlığını ifadə etdiyini yazmışdı.

Ümumilikdə isə son vaxtlar Ukraynada vəziyyətin Qərbin arzulamadığı istiqamətdə getməsi haqqında silsilə yazılar dərc olunur. Hətta bu günlərdə pentaqon rəhbərinin gözlənilmədən Kiyevdə peyda olması da Ukraynadakı hərbi-siyasi böhranla əlaqələndirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Israil   Senator  





Xəbər lenti