"Mənim orada nə işim var?" - Simonyan da KTMT-dən küsüb |
Lukaşenko qonaqların hər birini foyedə salamlayıb. İclasa sonuncu gələn lider Putin olub.
Rəsmi Kremlin məlumatına görə, KTMT-nin son bir ildəki işinin nəticələrinə yekun vurulacaq və təşkilatın gələcək inkişafı üçün təlimatlar açıqlanacaq.
Sammitdə 2024-cü il yanvarın 1-dən KTMT-yə sədrliyin Belarusdan Qazaxıstana keçməsi ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir.
KTMT-nin Minsk sammiti təşkilatla Ermənistan arasında münasibətlərin pisləşməsi fonunda baş tutur. Respublikanın baş naziri Nikol Paşinyan əvvəllər KTMT-ni 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Bakı ilə toqquşmalar zamanı İrəvana yardım etməməkdə ittiham edib. Bunun fonunda Ermənistan KTMT-dən ölkəyə yardım məsələsini gündəmdən çıxarmağı xahiş edib və Paşinyan özü də Lukaşenkoya Minskə getmək niyyətində olmadığını bildirib.
Ermənistan Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri sammit öncəsi təşkilatın təşkil etdiyi tədbirlərə də qatılmayıb. Ölkənin spikeri Alen Simonyan KTMT Parlament Assambleyasının dekabrda keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib.
Bundan əvvəl Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı səfirini geri çağırıb və yeni səfir təyin etməyib. Eyni zamanda, İrəvan deyir ki, o, təşkilatdan çıxmaq fikrində deyil.
Həmçinin oxu
Kremldən Ermənistana cavab: "Təəssüf"
Şahanə Rəhimli
AzVision.az