Lukaşenko Paşinyanı biabır etdi

   Lukaşenko Paşinyanı biabır etdi
  23 Noyabr 2023    Oxunub:968
"Ermənistan problemli məsələləri danışıqlar masası arxasında həll etməli və demarşlar təşkil etməməlidir". Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında deyib.
“Problemli məsələlər həmişə olub və olacaq. Əgər biz onları həll etmək niyyətindəyiksə, o zaman danışıqlar masası arxasında həll olunmalı və səbəbsiz demarşlar etməməliyik”, - deyə Belarus lideri bildirib.
Minskdə KTMT-nin sammiti başlayıb - Video


Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidentinə KTMT-nin Minskdə keçirilən sammitində iştirak etməyəcəyi barədə məlumat verib. Eyni zamanda Ermənistan hökumətinin başçısı qeyd edib ki, İrəvan KTMT-də iştirak məsələsini həll etməyənə qədər öz siyasətini dəyişməyəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Paşinyanın KTMT sammitinə gəlməmək qərarından təəssüflənir.

Həmçinin oxu

Paşinyan küsüb - KTMT sammiti ilk dəfə Ermənistansız keçirilir

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti