Budəfəki tədbir həm də ilk dəfə sammitin Ermənistansız keçirilməsi ilə seçilir. Əgər ötən ilin noyabrında Ermənistanın paytaxtı KTMT-nin sammitinə ev sahibliyi etmişdisə, bu gün İrəvan rəhbəri küskünlüyünü nümayiş etdirərək təşkilatı boykot edib.
Baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan noyabrın 14-də məlumat yaraq dedi ki, hökumət başçısı Minskdəki tədbirə qatılmayacaq.
Ermənistan KTMT-ni dağıdır | TƏHLİL |
Bunun ardınca Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqton və Brüsselin İrəvanı KTMT-dən çıxmağa və NATO ilə əməkdaşlığı sürətləndirməyə inandırdığını demişdi.
Ekspertlər isə belə hesab edirlər ki, Ermənistan bu bloku de-fakto tərk edib. Təşkilatın keçmiş baş katibi Nikolay Bordyuja Belarusun STV telekanalına müsahibəsində "Ermənistanın gələcəyini KTMT-siz təsəvvür edə bilmirəm" deyib.
KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov ötən həftə bu mövzuya toxundu. O qeyd edib ki, KTMT-də heç kim Ermənistanı tərk etməyi planlaşdırmır.
İrəvan təlimlərə qatılmadı, ilboyu müxtəlif səviyyələrdə təşkil olunan görüşlərdən imtina edirdi. Bu da azmış kimi Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırıb. İrəvanın həm Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi Şuraları, həm də KTMT-nin dövlət başçıları səviyyəsində görüşlərdə iştirakdan imtina etməsi təşkilata qarşı açıq demarşdır.
Dünən Kremlin mətbuat xidməti Rusiya lideri Vladimir Putinin də Minskə gedəcəyi ilə bağlı məlumat yayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə İrəvanın bu addımından təəssüfləndiyini deyib: "Təəssüf ki, sabah Ermənistan bu sammitdə yüksək səviyyədə iştirak etməyəcək. Biz işçi, ekspert səviyyəsində iştiraka ümid edirik. Amma təbii ki, Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyinihesab ediirk".
Belarus Prezidenti Aleksandr Lukaşenko da Ermənistanın baş naziri Nikol Paşinyanın Minsk sammitində iştirakdan imtinasını qınayıb. Lukaşenko Nikola tələsik qərarlar verməməyi təklif edib.
Tural Tağıyev
AzVision.az