Rusiyada ansamblın bədii rəhbəri hərbi komissarlığı yandırıb

Rusiyada  ansamblın bədii rəhbəri  hərbi komissarlığı yandırıb
  24 Noyabr 2023    Oxunub:1203
Rusiyanın Perm şəhərində 82 yaşlı kişi hərbi komissarlığı yandırmaqda şübhəli bilinir.
Bu barədə Life Shot məlumat yayıb.

Seks xidmətə görə hərbi komissarlığı yandırmaq istədi
Hadisə şəhərin Motovilixa və Orconikidze rayonlarının hərbi komissarlığında baş verib. Yerli mədəniyyət mərkəzində musiqi ansamblının bədii rəhbəri işləyən yaşlı kişi binaya “Molotov kokteyli” atıb.

İçində benzin olan şüşə qapıya vurulandan sonra yerə düşdüyü üçün hərbi komissarlığın binasına ziyan dəyməyib. Yaşlı rus dərhal saxlanılıb.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan Rusiyada hərbi komissarlıqların yandırılması halları artıb. Məsələn, bundan öncə də təqaüdçülər hərbi komissarlığa molotov koteyli atıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Hərbi-Komissarlıq  





Xəbər lenti