Ukrayna ərazilərin itirilməsi ilə barışmalıdır - "CNN"

   Ukrayna ərazilərin itirilməsi ilə barışmalıdır    - "CNN"
  27 Noyabr 2023    Oxunub:1144
"Ukrayna torpaqların itirilməsi ilə barışmalıdır. Çünki əldən çıxan ərazilər artıq əvvəlki vəziyyətə qayıtmayacaq".
Bunu CNN telekanalına müsahibəsində ABŞ Xarici Əlaqələr Şurasının keçmiş prezidenti Riçard Haas deyib.

Putin Ukraynada qələbə qazanır - “The Guardian”
O qeyd edib ki, “Ukraynanın hazırda Rusiya Federasiyasının tabeliyində olan 20% ərazilərini geri qaytaracağı fikri illüziyadır. Bunun üçün indi heç bir ilkin şərt yoxdur”.

Diplomat Ukrayna hakimiyyətinin diqqətini yerdə qalan ərazilərin qorunub saxlanmasına yönəltməyi təklif edib. Onun sözlərinə görə, Qərb ölkələrinin dəstəyi Ukrayna Silahlı Qüvvələrinin uğur qazana bilməməsi səbəbindən azalacaq.

Bundan əvvəl amerikalı keçmiş kəşfiyyatçı Scot Ritter bəyan etmişdi ki, ordunun süqutundan sonra Ukrayna ərazisinin 50%-ni itirə bilər. O təklif edib ki, ölkə rəhbərliyinə yaxın olan şəxs Ukrayna prezidenti Vladimir Zelenskini hərbi əməliyyatları dayandırmağa inandırmalıdır. Əks halda Ukraynanın taleyi fəlakətli ola bilər.

Qeyd edək ki, son günlər Qərb mediasında Ukraynanın cəbhədə uğursuzluğa düçar olmasına dair silsilə yazılar dərc edilir.

Bir neçə gün öncə "Foreign Affairs" Kremlin işğal etdiyi torpaqları əldən verməməsi üçün xeyli sayda hərbçi qurban verməyə hazır olduğunu yazmışdı.

Hətta məşhur “The Guardian” qəzeti ötən həftə Vladimir Putinin Ukraynada qələbə qazandığını yazmışdı. Məqalə müəllifinin fikrincə, hazırda bütün dünyanın diqqəti İsraillə Fələstin arasında alovlanmış müharibəyə yönəlib.

"Bloomberg" nəşri isə ukraynalıların artıq Rusiya ilə sülh naminə ərazi güzəştlərinə getməyə hazır olması barədə yazmışdı. Məqalə müəllifi aparılan sorğu məlumatlarının təhlili nəticəsində belə qənaətə gəlib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   İşğal  





Xəbər lenti