Keçmiş kəşfiyyatçıdan xəbərdarlıq: "Odessa ələ keçən kimi, münaqişə bitəcək"

      Keçmiş kəşfiyyatçıdan xəbərdarlıq:    "Odessa ələ keçən kimi, münaqişə bitəcək"
  06 Dekabr 2023    Oxunub:1092
Ukrayna münaqişəsi Krım və Sevastopolun təhlükəsizliyini təmin etmək üçün Rusiya ordusunun Odessanı ələ keçirməsi ilə başa çatacaq.
Bunu ABŞ-ın təqaüddə olan keçmiş kəşfiyyatçısı Skott Ritter “Ask The Inspector”a müsahibəsində deyib.

Keçmiş kəşfiyyatçı: "Kiyev sülhə getməsə, yeni ərazilər itirəcək"
“Mən inanmıram ki, Rusiya Odessa və ya Qara dəniz sahillərinin təhlükəsizliyini təmin etmədən, Ukraynanı bölmədən bu münaqişəyə son qoysun. Çünki Kiyev və Qərb o ərazilərdən Krımı və Sevastopolu təhdid etmək üçün istifadə edir”,- o deyib.

Keçmiş kəşfiyyatçı onu da əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətindən sonra Rusiya Kiyevin tam şəkildə siyasi süqutuna can atacaq.

"Hazırda isə hərbi münaqişənin son mərhələsi gedir", - Ritter fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Skot Ritter bir neçə dəfə Kiyevin maraqlarına uyğun olmayan proqnozlar verib. O, “Müfəttişdən soruş” podkastında danışarkən deyib ki, əgər Ukrayna Moskva üçün məqbul şərtlərlə sülh sazişi bağlamasa, əraziləri itirməkdə davam edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Münaqişə  





Xəbər lenti