Xruşşovun nəvəsi vəfat edib

Xruşşovun nəvəsi vəfat edib
  06 Yanvar 2024    Oxunub:915
Sov.İKP Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşovun nəvəsi Nikita Xruşşov Moskvada dünyasını dəyişib.
“İzvestiya”yanın yaydığı məlumata görə, dostu onunla əlaqə yarada bilmədiyi üçün hüquq-mühafizə orqanlarına və həkimlərə zəng edib. Mənzilin qapısını da heç kim açmayıb.

Nəşr Nikita Xruşşovun nəvəsinin evindəki vəziyyəti lentə alıb. Görüntülərdə binanın yaxınlığında polis maşını və təcili yardım maşınının dayandığı da görünür.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Qeyd edək ki, Nikita Xruşşov babasının adını daşıyırdı.
AzVision.az



Teqlər:





Xəbər lenti