"Hizbullah" İsrailə cavab zərbələri endirib

   "Hizbullah" İsrailə cavab zərbələri endirib
  06 Yanvar 2024    Oxunub:1082
Livanın "Hizbullah" qruplaşması həftənin əvvəlində Beyrutda "HƏMAS" liderinin öldürülməsinə "ilkin cavab" olaraq, şənbə günü İsrail-Livan sərhədində İsrailin müşahidə məntəqəsinə ümumilikdə 62 raket hücumu həyata keçirib.
AzVision.az CNN-ə istinadən xəbər verir ki, "Hizbullah" yaraqlıları çərşənbə axşamı Beyrutun cənubunda Saleh Əl-Arurinin öldürülməsinə "ilkin cavab" olaraq İsrailin şimalındakı Meron Hava Müşahidə Bazasına yerli vaxtla səhər saat 8-dən etibarən hücuma keçiblər.

İsrail Müdafiə Qüvvələri (IDF) öz bəyanatında Livandan İsrailin Meron bölgəsinə təxminən 40 raket buraxıldığını və İsrail ordusunun əks-hücuma keçdiyini bildirib.

Qeyd edək ki, həftənin əvvəlində Livan XİN rəhbəri Abdullah Bu-Həbib CNN-ə müsahibəsində rəsmi Beyrutun "münaqişədə hər hansı eskalasiya" istəmədiyini vurğulayıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun baş müşaviri Mark Regev isə, öz növbəsində, MSNBC-yə açıqlamasında çərşənbə axşamı günü baş verən hücuma görə İsrailin məsuliyyəti üzərinə götürmədiyini deyib.

(Saleh Əl-Aruri)

Ekspertlər qeyd edir ki, hücumda İsrailin iştirakı təsdiqlənərsə, Aruri HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan bəri İsrail Silahlı Qüvvələri tərəfindən öldürülən ən yüksəkrütbəli "HƏMAS" rəsmisi hesab ediləcək və bu, İsrail-HƏMAS münaqişəsinin miqyasını daha da genişləndirə bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti