İranda terror aktı nəticəsində ölənlərin sayı 91-ə çatıb
Hazırda xəstəxanalarda 102 nəfərin müalicəsinin davam etdiyini, onlardan 11-nin vəziyyətinin ağır olduğunu bildirən Yektapərəst ölənlərdən birinin 8 yaşlı uşaq olduğunu söyləyib.
Xatırladaq ki, yanvarın 3-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qanadının keçmiş komandiri Qasım Süleymaninin öldürülməsinin 4-cü ildönümündə anım mərasiminin keçirildiyi Kirmandakı qəbiristanlığa gedən yolda iki partlayış baş verib. Qadın və uşaqlar da daxil olmaqla, hadisə zamanı 91 nəfər ölüb, 284 nəfər yaralanıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: