Blinkenin Hakan Fidanla görüşünün təfərrüatları açıqlanıb

   Blinkenin Hakan Fidanla görüşünün təfərrüatları açıqlanıb
  06 Yanvar 2024    Oxunub:1130
Görüşdə Azərbaycan - Ermənistan arasında sülh danışıqları da müzakirə edilib.
AzVision.az CNN Türk-ə istinadən xəbər verir ki, Türkiyə XİN rəhbəri Hakan Fidanın dünən axşam İstanbula gələn ABŞ Dövlət katibi Antoni Blinkenlə təxminən 2 saat davam edən görüşünün təfərrüatları açıqlanıb.

Görüşdə Qəzzada atəşkəs elan edilməsi, F-16 məsələsi və İsveçin NATO-ya üzv olması barədə fikir mübadiləsi aparılıb.

İsrailin artan təcavüzünün bütün bölgə üçün təhdid olduğuna diqqət çəkən Hakan Fidan atəşkəsin elan edilməsi və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılması zərurətini vurğulayıb.

Həmçinin Qara dənizdə vəziyyətin stabil qalmalı olduğunu bildirən Türkiyə XİN rəhbəri Rusiya və Ukraynadan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz çatdırılması üçün göstərdikləri səyləri diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları, habelə Suriya və İraqdakı vəziyyət də müzakirə olunub.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti