İsraildə bir qrup jurnalist saxlanılıb

   İsraildə bir qrup jurnalist saxlanılıb
  06 Yanvar 2024    Oxunub:1133
İsrail Silahlı Qüvvələri "Al Jazeera" və NTV müxbirlərini ölkənin cənubundakı Bəəri bölgəsində saxlayıb.
AzVision.az TRT Haber-ə istinadən xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın xəbərində jurnalistlərin saxlanılmasına səbəb kimi "hərbi zonada çəkiliş apardıqları" göstərilib.

Xəbərdə "Al Jazeera" müxbirlərinin İsrail Silahlı Qüvvələrinin bölmələrinin fotoşəkillərini çəkdiyi iddia edilsə də, İsrail Ordusu bu barədə hələləlik açıqlama verməyib.

İsrailli jurnalist Oren Ziv öz sosial şəbəkə hesabında müxbirlərlə görüşdüyünü və onların ordunun icazəsi altında çəkiliş apardıqlarını yazıb. O həmçinin həmkarlarının 3 saat sonra sərbəst buraxıldıqlarını qeyd edib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti