Xruşşovun nəvəsi mənzilində ölü tapılıb

   Xruşşovun nəvəsi mənzilində    ölü tapılıb
  06 Yanvar 2024    Oxunub:1191
Sov.İKP MK-nın baş katibi Nikita Xruşşovun nəvəsi Aleksey Acubey vəfat edib.
AzVision.az Lenta.Ru-ya istinadən xəbər verir ki, onun cəsədi Moskvanın Tverskaya küçəsindəki mənzilində tapılıb. Bu barədə əməliyyat xidmətindəki mənbələr məlumat verib.

Hadisə yerinə təcili tibbi yardım, polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Ölümün səbəbi hələlik açıqlanmır.

Məlumata görə, 69 yaşlı Aleksey Acubey öldüyü gün dostuna zəng edərək özünü yaxşı hiss etmədiyini söyləyib. Dostu dərhal onun mənzilinə yollansa da, içəri daxil ola bilməyib. Təcili yardım işçiləri qapını açdıqda Xruşşovun nəvəsinin artıq dünyasını dəyişdiyi məlum olub.

Qeyd edək ki, Aleksey Acubey Xruşşovun qızı Radanın və “Komsomolskaya Pravda” və “İzvestiya” qəzetlərinin baş redaktoru olmuş jurnalist Aleksey Acubeyin oğludur. Deyilənə görə, o, qırmızı qurdeşənəyi xəstəliyindən əziyyət çəkirdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti