Blinken Yunanıstanın Baş naziri ilə görüşəcək

   Blinken Yunanıstanın Baş naziri ilə görüşəcək
  06 Yanvar 2024    Oxunub:1432
ABŞ Dövlət katibi Antoni Blinken Türkiyə səfərinin ardınca Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşəcək.
AzVision.az "Al Jazeera"ya istinadən xəbər verir ki, Blinken görüş üçün Yunanıstanın Krit adasına yollanıb.

Qeyd edək ki, NATO üzvü olan Yunanıstan F-35 qırıcılarının satışı üçün ABŞ Konqresinin təsdiqini gözləyir.

“Bu məsələni müzakirə edəcəyik. Düşünürəm ki, müsbət irəliləyişlər olacaq”, - Yunanıstan XİN rəhbəri Giorgos Gerapetritis Yunanıstanın “Skai” telekanalına bildirib.

Blinkenin Yaxın Şərqə səfəri çərçivəsində ərəb dövlətləri, İsrail və İordan çayının qərb sahilində bir sıra görüşlər keçirəcəyi, Qəzza zolağında davam edən münaqişənin həlli yollarını müzakirə edəcəyi nəzərdə tutulub.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti