Netanyahu: "İsrail məqsədlərinə çatmayınca Qəzzada müharibə dayanmamalıdır"

   Netanyahu:    "İsrail məqsədlərinə çatmayınca Qəzzada müharibə dayanmamalıdır"
  06 Yanvar 2024    Oxunub:1632
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında müharibənin nəticəsinin ölkəsinin öz məqsədlərinə çatmasından asılı olduğunu vurğulayıb.
AzVision.az "Al Jazeera"ya istinadən xəbər verir ki, o bu bəyanatla "X" hesabında videomüraciət paylaşıb.

"Rəhbərlik etdiyim hökumət İsrail Silahlı Qüvvələrinə HƏMAS-ı məhv etmək, girovlarımızı qaytarmaq və Qəzzanın İsrail üçün təhlükəsizlik təhdidi yaratmasına birdəfəlik son qoymaq naminə müharibə əmri verib. Bütün bu məqsədlərə nail olmadıqca müharibə başa çatmamalıdır", - Netanyahu deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti