Türkiyəli nazir: Zəngəzur dəhlizi 2029-cu ilədək reallaşacaq

      Türkiyəli nazir:    Zəngəzur dəhlizi 2029-cu ilədək reallaşacaq
  07 Yanvar 2024    Oxunub:856
Türkiyə Zəngəzur dəhlizi layihəsinin 2029-cu ilədək həyata keçiriləcəyinə ümid edir.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “tvnet” telekanalına müsahibəsində deyib.

“Zəngəzur dəhlizinin Bakıdan Horadizədək olan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 kilometrdir. Onun hazırlıq prosesi beş il çəkəcək. 2028-ci ildə bütün işlərin başa çatacağını düşünürəm”, - deyə Abdulkadir Uraloğlu bildirib.

Nazirin sözlərinə görə, dəhlizin Ermənistan ərazisi istisna olmaqla, Horadizdən Ordubadadək olan hissəsində tikinti işləri davam edir.

“Naxçıvanı Türkiyə ilə birləşdirən 100 kilometrlik mövcud yol yenidən qurulmalıdır. Dəhliz İğdır-Qars dəmir yolu ilə davam edəcək. Tender prosedurları artıq başa çatan dəmir yolunun tikintisinə bu il başlanacaq”, - deyə Abdulkadir Uraloğlu əlavə edib.

Zəngəzur dəhlizi ilə bağlı İrəvanın mövqeyinə toxunan nazir bu yaxınlarda Nikol Paşinyanın layihəyə müsbət mesajlar verdiyini vurğulayıb: “Zəngəzur dəhlizinin Ermənistan hissəsinin uzunluğu təqribən 43 kilometrdir. İrəvan dəhlizin planlaşdırılma və tender prosedurlarını həyata keçirdikdən sonra o, tam başa çatdırılmış hesab olunacaq. Beləliklə, Türkiyə Türk dünyası və Orta Asiya ölkələrinə birbaşa və asan çıxış əldə edəcək”.

Nazir İranın Azərbaycanı Türkiyə ilə birləşdirəcək yolun öz ərazisi ilə tikilməsi təşəbbüsü ilə çıxış etdiyini və Ankara ilə Bakının buna etiraz etmədiyini xatırladıb.
AzVision.az


Teqlər:





Xəbər lenti