İsrail Livanın cənubunda Hizbullaha qarşı kütləvi zərbələr endirib

   İsrail Livanın cənubunda Hizbullaha qarşı kütləvi zərbələr endirib
  07 Yanvar 2024    Oxunub:1097
İsrail Müdafiə Qüvvələri Mərvahin şəhəri ərazisində Hizbullahın bir hücrəsinə və Livanın cənubundakı Xiam yüksəkliyində hərəkatın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib.
Əməliyyat Hizbullahın İsrailin təhlükəsizliyinə təhdid yaradan aktiv hərəkətlərinə cavab olaraq həyata keçirilib.

İsrail ordusunun Telegram kanalının məlumatına görə, nəqliyyat hədəflərinin atəşə tutulması zamanı bu yerlərdə silahların olduğunu göstərən partlayışlar qeydə alınıb.

Oktyabrın 7-də Fələstinin Həmas hərəkatının Əl-Əqsa daşqını əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından irimiqyaslı raket hücumuna məruz qalıb.

Hücum nəticəsində mülki şəxslər, hərbçilər və xarici vətəndaşlar da daxil olmaqla 1,2 minə yaxın insan həlak olub, 5 mindən çox insan isə yaralanıb.

Buna cavab olaraq İsrail oktyabrın sonunda yerüstü mərhələ də daxil olmaqla Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail əsas resursların tədarükünü kəsərək Qəzza zolağının tam blokadaya alındığını elan edib.

Fələstin anklavının Səhiyyə Nazirliyinin son məlumatlarına görə, oktyabrın 7-dən Qəzzada ölənlərin sayı 22 mini keçib, 57 mindən çox insan isə yaralanıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti