ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutulub

ABŞ-ın Suriyadakı hərbi bazası raket atəşinə tutulub
  08 Yanvar 2024    Oxunub:899
Suriyanın Deyr əz-Zor əyalətində yerləşən Amerika hərbi bazası raket hücumuna məruz qalıb.
Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Hədəf Deyr əz-Zorun şərqindəki Əl-Ömər neft yatağındakı ABŞ bazası olub.

Qeyd olunub ki, Suriya ərazisindən bazaya 30 raket atılıb. Xatırladaq ki, ümumilikdə ABŞ-ın Suriya ərazisində 24 hərbi bazası və dörd məntəqəsi var. Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri bu ölkədəki Amerika bazaları mütəmadi olaraq atəşə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti