Şimali Qəzza tamamilə dərmansız qala bilər

Şimali Qəzza tamamilə dərmansız qala bilər
  08 Yanvar 2024    Oxunub:881
Ümumdünya Səhiyyə Təşkilatı artıq Qəzza zolağının şimalını dərmanla təmin edə bilməyəcəyini bildirib.
Bu barədə qurumun sosial şəbəkələrdə yaydığı press-relizdə məlumat verilib. ÜST 26 dekabr 2023-cü ildən bəri dördüncü dəfə Əl-Auda Xəstəxanasına və Qəzzanın şimalındakı mərkəzi aptekə təhlükəsizlik zəmanəti olmadığı üçün planlaşdırılan missiyanı ləğv edib.

Missiyadan imtinaya səbəb İsrail təyyarələri tərəfindən Qəzzanın bu ərazisinin davamlı olaraq kütləvi şəkildə bombalanması olub. ÜST-ün məlumatına görə, Qəzzanın şimalında xəstəxanalarda daimi kadr çatışmazlığı var - həkimlər və digər tibb işçiləri evakuasiya əmrindən sonra ərazini tərk ediblər.


AzVision.az


Teqlər:





Xəbər lenti