Almaniyada Ukraynanın ərazilərini itirəcəyi proqnozlaşdırıldı

   Almaniyada Ukraynanın ərazilərini itirəcəyi proqnozlaşdırıldı
  08 Yanvar 2024    Oxunub:860
Ukrayna Qərb dövlətlərinin yardımının azalması səbəbindən 2024-cü ildə ərazilərini itirə bilər.
Bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb. “Bu il Kiyev daha çox təzyiq altında olacaq, ehtimal ki, hücuma keçə bilməyəcək və daha çox müdafiə mövqeyi tutacaq. Ola bilsin ki, Ukrayna hətta ərazisini də itirsin”, – məqalədə deyilir.

Yanvarın 8-də “The Wall Street Journal” yazıb ki, Ukrayna Silahlı Qüvvələri mərmi çatışmazlığını pilotsuz uçan aparatlarından istifadə etməklə kompensasiya etməyə çalışır.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Avropa İttifaqı maliyyə yardımı göstərməyəcəyi təqdirdə Kiyevin ehtiyat planı yoxdur.


AzVision.az


Teqlər:





Xəbər lenti