İsrail ordusu “Hizbullah”ın bölmə komandirini məhv edib

İsrail ordusu “Hizbullah”ın bölmə komandirini məhv edib
  08 Yanvar 2024    Oxunub:986
İsrailin ordusunun endirdiyi zərbə nəticəsində Livanda “Hizbullah” təşkilatının “Radvan” bölməsinin yüksəksəviyyəli komandiri məhv edilib.

Bu barədə İsrailin təhlükəsizlik xidməti məlumat yayıb.

Qeyd olunub ki, ölkənin cənubunda atəşə tutulan avtomobildə komandir və “Hizbullah”ın digər üzvü olub. Vəziyyətin gərginləşə biləcəyi vurğulanıb.

Verilən məlumata görə, həmin komandir “Hizbullah”ın İsrailə hücum etdiyi Livanın cənubunda hərbi əməliyyatların idarə olunmasında mühüm rol oynayıb.

Son məlumatlara görə, İsrailin hücumları nəticəsində oktyabrın 7-dən bəri Livanda “Hizbullah”ın 130-dan çox üzvü öldürülüb.


AzVision.az


Teqlər:





Xəbər lenti