Yaponiyada zəlzələdə ölənlərin sayı 180-ə çatıb

   Yaponiyada zəlzələdə ölənlərin sayı 180-ə çatıb
  09 Yanvar 2024    Oxunub:806
Yaponiyada Noto yarımadası yaxınlığında baş verən silsilə güclü zəlzələlər nəticəsində ölənlərin sayı 180 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə İsakava prefekturasının hakimiyyəti məlumat yayıb.

Bundan əvvəl 168 nəfərin öldüyü bildirilirdi. Ən azı 120 nəfər itkin düşüb. Yaralananların sayı 565 nəfərdir. Zəlzələdən zərər çəkmiş ərazilərin 28 minə yaxın sakini təxliyə məntəqələrində qalmağa davam edir.

Zəlzələdən ən çox İşikava prefekturası zərər çəkib. Orada ən azı 1370 ev tamamilə və ya qismən dağılıb, yanğınlar isə 300-dən çox binanı məhv edib.

AzVision.az


Teqlər:





Xəbər lenti