Ərdoğan-Putin görüşünə hazırlıq gedir

   Ərdoğan-Putin görüşünə hazırlıq gedir
  09 Yanvar 2024    Oxunub:752
Rusiya və Türkiyə prezidentləri arasında görüşə hazırlıq gedir, detallar diplomatik kanallarla razılaşdırılır.
Bu barədə RİA Novosti-yə Türkiyə liderinin administrasiyasından məlumat verilib.

"Görüş gündəmdədir, diplomatik kanallarla müvafiq işlər aparılır. Hələlik konkret bir şey yoxdur", -Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Putin daha əvvəl bildirmişdi ki, ilin əvvəlində Ərdoğanla görüşməyi planlaşdırır, ondan əvvəl isə Türkiyə prezidentinin qrafikinə görə liderlər görüşə bilməyiblər. Ərdoğan isə öz növbəsində deyib ki, o, Putinlə görüşəcək və “taxıl müqaviləsi”nin bərpasını müzakirə edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti