İsrail ordusu HƏMAS-ın ən böyük yeraltı raket zavodunu aşkarlayıb

   İsrail ordusu HƏMAS-ın ən böyük yeraltı raket zavodunu aşkarlayıb
  09 Yanvar 2024    Oxunub:870
İsrail ordusu Qəzza zolağında uzaq mənzilli raketlərin istehsalı üçün istifadə edilən ən böyük yeraltı silah fabrikini aşkar edib.
AzVision.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Hərbçilər bildiriblər ki, emalatxanalar raketlərlə yanaşı, standart döyüş sursatın surətlərini və ya modifikasiyalarını istehsal edib. Silah fabriki yeraltı siloslar vasitəsilə Qəzza zolağındakı döyüş bölmələrinə silah daşımaq üçün istifadə edilən tunellər şəbəkəsinə qoşulub.

Zavodda həmçinin blankların və hazır döyüş sursatlarının rahat daşınması üçün bir neçə lift var.

İsrail rəsmiləri HƏMAS-ın hücumu çətinləşdirmək üçün yaşayış məntəqələrinə qəsdən hərbi infrastruktur yerləşdirdiyini deyir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti