İranda başı açıq fotosunu paylaşdı, 74 dəfə qamçılandı

   İranda başı açıq fotosunu paylaşdı,    74 dəfə qamçılandı
  09 Yanvar 2024    Oxunub:1208
İranda başı açıq fotosunu sosial şəbəkədə paylaşan qadın 74 dəfə qamçılanıb. Həmçinin şəklə görə cərimə də ödəməli olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin may ayında İranın paytaxtı Tehran küçələrində Röya Həşməti adlı qadın başı və qolları açıq, dizdən aşağı yubka geyinərək gəzərkən çəkilmiş şəklini sosial şəbəkədə paylaşıb.

Həşmətiyə qarşı “ictimai əxlaqı pozmaq” və “xaricdəki qruplardan pul almaq” ittihamları ilə iddia qaldırılıb. O, ümumilikdə 9 il həbs, 11 milyon 250 min tümən (təxminən 465 manat) cərimə və 148 şallaq cəzasına məhkum edilib.

Vəkilin etirazı ilə cəza 1 milyon 250 min tümən cərimə və 74 şallaq zərbəsi ilə dəyişdirilib. Gənc qadının cəzası ötən həftənin çərşənbə günü icra edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: İran  





Xəbər lenti