Aİ Rusiyaya qarşı sanksiyalara görə nə qədər pul itirir?

   Aİ Rusiyaya qarşı sanksiyalara görə nə qədər pul itirir?
  09 Yanvar 2024    Oxunub:1066
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar nəticəsində 500 milyon avrodan çox vəsait itirə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya Bundestaqının deputatı Matias Moosdorf “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, anti-Rusiya sanksiyaları yalnız Qərb ölkələrinə təsir edir. Rusiyanın özündə isə bu yalnız “mühasirəyə alınmış qalanın mentalitetini gücləndirir”.

Deputat onu da xüsusi olaraq vurğulayıb ki, nüvə dövləti ilə münaqişədə qalib gəlmək mümkün deyil. Bu, "sadəcə gülünc addımdır və əvvəldən məhvə sürüklənməkdir".

Tural Tağıyev
AzVision.az



Teqlər: Sanksiya  





Xəbər lenti