Cənubi Koreyada it ətinin istehlakını qadağan edən qanun təsdiqlənib

Cənubi Koreyada it ətinin istehlakını qadağan edən qanun təsdiqlənib
  09 Yanvar 2024    Oxunub:1044
Heyvanlara humanist rəftarın tərəfdarı olan "Humane Society International" təşkilatının məlumatına görə, hər il Çin, Vyetnam, İndoneziya, Şimali və Cənuni Koreyada 30 milyon it kəsilib yeyilir.
AzVision.az "Euronews"a istinadən xəbər verir ki, sözügedən qanun layihəsinin parlamentdə təsdiqlənməsi ilə Cənubi Koreyada 2027-ci ildən etibarən it ətinin istehlakı qadağan ediləcək. Qadağanı pozanları 2 ildən 3 ilə qədər həbs cəzası gözləyir.

Parlamentdə səsvermə zamanı qanun layihəsi yekdilliklə qəbul edilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti