Fələstin tərəfdarlarından Baydenə: "Atəşkəsə çağırış et!"

   Fələstin tərəfdarlarından Baydenə:  "Atəşkəsə çağırış et!"
  09 Yanvar 2024    Oxunub:775
ABŞ Prezidenti Co Baydenin 2024-cü il üçün seçki kampaniyası çərçivəsində Cənubi Karolinadakı çıxışı Fələstin tərəfdarları tərəfindən provokasiya edilib.
AzVision.az "Al Jazeera"ya istinadən xəbər verir ki, etirazçılar Baydenin çıxışına müdaxilə edərək, onun Qəzza zolağında atəşkəsə çağırış etməsini tələb ediblər.

"Əgər orada həlak olanlara həqiqətən rəhminiz gəlirsə, onda Fələstində atəşkəsə çağırış etməlisiniz. Atəşkəs elan olunsun!", - etirazçılardan biri deyib.


Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti