HƏMAS lideri İsrailin məqsədlərini açıqlayıb

HƏMAS lideri İsrailin məqsədlərini açıqlayıb
  09 Yanvar 2024    Oxunub:1061
"Düşmən müharibədə ağır itkilər versə də, heç bir məqsədinə nail ola bilmədi".
AzVision.az "Al Jazeera"ya istinadən xəbər verir ki, HƏMAS terror qruplaşmasının lideri İsmayıl Haniyə bu gün Qətərin paytaxtı Doha şəhərində Müsəlman Alimlərin Beynəlxalq Birliyində çıxışı zamanı belə deyib.

"İsrailin müharibədə üç əsas məqsədi var idi: Fələstin müqavimətini aradan qaldırmaq, anklavda saxlanılan əsirləri azad etmək və fələstinliləri Qəzzadan didərgin salmaq. Halbuki düşmən məqsədlərinə çata bilmədi", - İsmayıl Haniyə qeyd edib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti