Erməni əsgərin güllələnmiş meyiti tapılıb

   Erməni əsgərin güllələnmiş meyiti tapılıb
  09 Yanvar 2024    Oxunub:915
Ermənistan Silahlı Qüvvələrinin mövqelərindən birində hərbi qulluqçunun meyiti tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Yanvarın 9-u saat 06:20 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin döyüş mövqeyində müqaviləli əsgər Karen Karapetyanın güllə yarası olan meyiti aşkar edilib”, - məlumatda deyilir.
Xatırladaq ki, bundan öncə “Hraparak” qəzeti hadisənin Geqarkunikdə baş verdiyini yazmışdı. Hərbçi həmkarı tərəfindən güllələnib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Əsgər  





Xəbər lenti